ABŞ-da silahlı hücum: 4 ölü

ABŞ-ın Louis şəhərində bir iş yerinə edilən silahlı hücumda ikisi qadın, ikisi kişi olmaqla 4 nəfər həyatını itirib.

Yerli saatla 13.45 radələrində şəhərin Cherokee prospektində silah səsləri eşidilib. Hadisə yerinə gələn polis isə sonradan mətbuta 4 nəfərin öldürüldüyünü açıqlayıb.

Hadisənin səbəbi və istifadə edilən silahlar haqqında hər hansı bir məlumat verilməyib. Hadisənin baş verdiyi bölgədə ispan əsilli əhalinin sıx yaşadığı bildirilir.