ABŞ Suriyaya raket zərbələri endirib
“ABŞ-ın raket zərbələri nəticəsində ölən insanlar var”.
Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Suriyanın Homs əyalətinin qubernatoru Talal Barazi deyib. O, neçə nəfərin öldüyünü açıqlamayıb. T. Barazi qeyd edib ki, hücuma məruz qalan aviabaza terrorçulara qarşı mübarizədə istifadə edilirdi.
Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib.