Çində pasientə qolunda yetişdirilən qulaq köçürülüb
Çin cərrahları xəstənin qolunda yetişdirilən qulağın pasientin başına köçürülməsi əməliyyatını uğurla reallaşdırıblar.
Dalga tv Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, martın 30-da Şensi əyalətinin Sian şəhərində həyata keçirilən əməliyyat 7 saat davam edib.
Tszi soyadlı şəxs qulağını təxminən bir il əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində itirmişdi. 2016-cı ilin noyabrında cərrahlar onun qolunda yeni qulağın yetişdirilməsi prosesini başa çatdırıblar.
Qulağın yaradılması üçün pasientin qabırğasından qığırdaq götürülüb. Qığırdaq onun qolunda dərinin altına yeridilib, sonradan isə 3D printerdə çap edilən xüsusi implantların köməyi ilə ona qulaq forması verilib.