Trampdan amerikalılara bir cümləlik - Təbrik
Noyabrın 8-də keçirilən seçkilərdə ABŞ-ın 45-ci rəhbəri seçilən Donald Tramp Amerika sakinlərini ilk dəfə prezident kimi Yeni il münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, o, Tvitter səhifəsində öz şəklini yerləşdirərək bir cümləlik təbrik yazıb.
“Yeni iliniz mübarək. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp”.
Qeyd edək ki, D. Tramp 2017-ci il ynavarın 20-də keçirilən inaqurasiya mərasimindən sonra öz vəzifəsinin icrasına başlayacaq.