Rusiya BMT İnsan Haqları Şurasına öz namizədliyini irəli sürüb

Rusiya 2014-2016-cı illərdə BMT İnsan Haqları Şurasına üzv seçilmək üçün öz namizədliyini irəli sürüb. APA-nın xəbərinə görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin baş katib Pan Gi Munu bu barədə rəsmi olaraq məlumatlandırıb.

Rusiya şurada Şərqi Avropa regionuna ayrılmış iki yerdən birinə iddialıdır. Həmin regiondan ikinci namizəd Makedoniyadır. Şuraya üzv olmaq üçün seçkilər bu ilin noyabr ayında BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində keçiriləcək.

Qeyd edək ki, BMT İnsan Haqları Şurası 3 il müddətinə seçilən 47 üzvdən ibarətdir. Bir ölkə şuraya iki müddətdən çox seçilə bilməz.