Anasını bıçaqlayıb, intihar etdi

alt

Moskva sakini anasına 10 bıçaq zərbəsi vurduqdan sonra özünü 10-cu mərtəbədən yerə atıb.

Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisə Bestujev küçəsindəki evlərdən birində baş verib.

Moskva polisindən bildiriblər ki, gənc oğlan hadisə yerində keçinib, 47 yaşlı qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.