İran və Ermənistan prezidentləri görüşdülər

alt

Bu gün Ermənistan Prezidenti Serj Sarkisyan Tehranda İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani ilə görüşüb.

Iki ölkənin liderləri ikitərəfli və çoxtərəfli məsələlərin geniş spektrini müzakirə ediblər.

Tərəflər qeyd ediblər ki, Ermənistan-İran münasibətlərinin gündəliyi bir sıra iri layihələrin həyata keçirilməsinin təsdiqidir. Prezidentlər ənənəvi əməkdaşlığı daha yüksək mərhələyə çıxartmağın vacibliyini vurğulayıblar.

İki ölkənin lideri regional problemlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların indiki mərhələsinə toxunublar.