Ermənistan sərhədində öldürülən çoban haqqında yeni məlumatlar

altQarsın Arpaçay rayonunda Türkiyə-Ermənistan sərhədini təsadüfən keçdiyi üçün erməni əsgərləri tərəfindən qətlə yetirilən çobanın qardaşı Ramazan Ülkər, vurulduğu zaman böyük qardaşının üstündə silah olmadığını bildirib.

Böyük qardaşı Mustafa Ülkərlə heyvanları otarmaq üçün Ermənistan sərhəddində olan yaylaya getdiklərini söyləyən Ramazan Ülkər, erməni əsgərlərinin onlara “dur” xəbərdarlığını etmədiklərini deyib:

“Otun içində uzanmış əsgər birdən ayağa qalxaraq arxadan qardaşıma atəş açdı. Mustafa yerə yıxıldı və mən ona tərəf getmək istədim, ancaq əsgər məni uzaqlaşdırmaq üçün havaya bir güllə atdı. Atəş səslərindən sonra daha bir neçə əsgər gəldi. Bir neçə dəqiqədən sonra isə rabitə ilə hadisə ilə bağlı öz komandirlərinə məlumat verdilər”.

Öldürülən çobanın əmisi oğlu Vahid Ülkər də hadisəni eşidən kimi sərhəd bölgəsinə getdiyini və türk zabitlərinin orada olduğunu bildirib. Onun sözlərinə görə, erməni zabiti, onlara Mustafanın yaralandığını, əsgərlərindən birinin əmisi oğlunun açdığı atəş nətisində həlak oluğunu dedi: “Ancaq bunların hamısı yalandı. Səhər tezdən isə bizə cəsədini təhvil verdilər. Yalan danışdılar və heç bir müdaxilə etmədən səhərə qədər hadisə yerində saxlamışdılar. Əmim oğlunu arxadan, həm də qəsdən güllələmişdilər”.

Mərhumun digər qohumu Gürbüz Ülkər isə hadisənin dəqiq araşdırılması üçün hüquq-mühafizə və prokurorluq orqanlarına müraciət edəcəklərini deyib:

"Hadisə ilə əlaqədar cinayət işinin qaldırılması üçün əlimizdə olan faktları və iddiaları ortaya qoyacağıq. Dövlətimiz də inşallah bu məsələdə bizə üzərinə düşən dəstəyi göstərəcək”.

Mustafa Ülkərin qohumları, onun özünə aid evinin olmadığını, həyat yoldaşı və iki uşağı ilə əmisinin yanında qaldığını bildiriblər.

“Çobanın üstündən yalnız bıçaq çıxdı”