Ordu generalına sui- qəsd törədildi - İraqda

alt

İraqda terrorçular general-leytenant Əbdüləmir əl Zaidiyə uğursuz sui-qəsd törədiblər.

Partlayıcı qurğunun işə salınması nəticəsində generalı müşayiət edən 9 hərbçi həlak olub. 

İnsident Bağdadın şimalındakı Diyala əyalətində “Əl Qaidə” terrorçularına qarşı həyata keçirilən əməliyyat zamanı baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.