Fotoşoplu mitinq Avropa mətbuatında

Almaniyanın "Focus" jurnalı Türkiyə baş naziri Ərdoğanın nümayişçilərə qarşı təşkil etdiyi mitinqlə əlaqədar maraqlı bir fakta diqqət çəkib. Jurnal "Yeni iştirakçılar icad edildi. Ərdoğan tərəfdarları fotoşopla artırıldı" başlığını atıb.
Fotoşopla artırılma Ərdoğanın İstanbulda qarşılanması zamanı edildiyini yazan jurnal, artırılmanın necə edildiyini isə rəngli dairələrlə oxucularına çatdırıb. "Focus" jurnalı bu hiylə ilə Ərdoğanın tərəfdarlarının iki dəfədən artıq göstərildiyini bildirib.