Liviya Misirlə quru sərhədi bağlayıb

Liviyanın baş naziri Əli Zeydan cümə günü güllələnmiş tanınmış siyasətçi və vəkil Əbdessalam əl-Mismarinin qətlində günahkarların ölkədən qaçmağa mane olmaq üçün, şənbə günü Misirlə quru sərhədi bağlamağa göstəriş verib. 

"Misirlə sərhədin bağlanması haqqında əmr verilib. Yalnız yüklər buraxılacaq", - mətbuat konfransında baş nazir bildirib.

Zeydanın sözlərinə görə, Tripoli artıq qəbul edilmiş qərar haqqında Misir hakimiyyətinə məlumat verib. Şübhəli şəxslərin siyahısı, tezliklə Qahirəyə veriləcək , Zeydan əlavə edib.

Baş nazir həmçinin qətlin araşdırılmasının keçirilməsində köməklik göstərilməsi üçün beynəlxalq cəmiyyətə müraciət edib.