Misirdə qarşıdurma: 2 ölü
Misirin İsgəndəriyyə şəhərində devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmada 2 nəfər həlak olub.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Qarşıdurma nəticəsində 19 nəfər də yaralanıb, onların bir çoxu güllə yarası alıb. Polis vəziyyətə nəzarəti ələ almağa çalışır.
«Əl-Əhram» qəzetinin yazdığına görə, qarşıdurma cümə namazından sonra başlanıb.