Gürcüstan Parlamentinin binasina bomba qoyulduğuna dair məlumat təsdiqini tapmamışdır

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, parlamentin Kutaisi şəhərindəki binasına bomba qoyulduğuna dair polisə uydurma məlumat vermiş Kutaisi sakini 71 yaşlı Omar F. (soyadı açıqlanmır) tutulmuşdur. 
Günün ikinci yarısında vurulmuş zəngə əsasən parlament işini dayandırmış, deputatlar və bütün əməkdaşlar binanı tərk etmişlər. Binaya yerinə istehkamçılar və kinoloqlar gətirilmişdir. Əsaslı axtarış aparıldıqdan sonra məlumatın uydurma olduğu təsdiqlənmişdir.