Dəməşqdə partlayış: 10 ölü, 66 yaralı

alt

Suriyanın paytaxtı Dəməşqdə yük avtomobilinə quraşdırılan bombanın partlaması nəticəsində 10 nəfər ölüb, 66 nəfər yaralanıb. 

Partlayışdan sonra hadisə yerinə çoxlu sayda xilasetmə və təcili yardım briqadaları cəlb olunub. 

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Partlayış zamanı ətrafdakı yüksəkmərtəbəli binalarda yanğın baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.