İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib

alt

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət I Xuan Karlosa başsağlığı verib.

"Əlahəzrət, Madrid-Ferrol istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".