Rusiya "yox", İran isə "hə" deyir

alt

“Rusiya İrana S-300 raketlərinin göndərilməsi ilə bağlı razılaşmanın yerinə yetirilməsi üzərində işləyir, amma hələlik dəqiq vaxt müəyyən edilməyib”.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O qeyd edib ki, hələlik bu raketlərin nə vaxt göndəriləcəyi barədə heç nə deyə bilməz.

Qeyd edək ki, Rusiya BMT-nin sanksiyalarına görə 2010-cu ildə S-300 raketlərinin İrana göndərilməsini dayandırıb.

Rusiya prezidenti Vladimir Putin apreldə İranın nüvə proqramı ilə bağlı sazişi imzaladıqdan sonra bu qadağa aradan qalxıb. Rusiyanın bu addımı ABŞ və İsraildə tənqidlə qarşılanıb.

Bu arada İran xarici işlər nazirinin müavini Hüsseyn Əmir-Abdullahian İranın yaxın vaxtlarda Rusiyadan S-300 raketlərini alacağını bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı danışıqlar uğurlu olub və çox yaxın vaxtlarda Rusiya İrana S-300 raketləri göndərəcək.