Rasmussen: "NATO olduqca pis durumdadır"

"Alyansın gələcəyi sual altındadır"
NATO-nun baş katibi Anders Foq Rasmussen özünün yaydığı son və məxfi hesabatda alyansın hərbi durumunun vəziyyətini olduqca pis qiymətləndirib. O, NATO-nun həddən artıq ABŞ-a asılılığını qınayaraq, avropalıları alyansın təchiz edilməsində ortaq maraqlara malik olmadığına görə tənqid edib. Baş katib yaydığı hesabatda həmçinin qeyd edib ki, alyans gələcəkdə yalnız məhdud və kiçik əməliyyatlar keçirmək iqtidarındadır. Böyük və geniş əməliyyatlar üçün isə təşkilatın gücü yox səviyyəsindədir.
Qəzetin yazdığına görə, araşdırmalar onu göstərir ki, 2019-cu ilə qədər NATO alyansında hər hansı bir müsbət dəyişiklik baş verməyəcək və qurumun üzləşdiyi vəziyyət davam edəcəkdir.