Mursi tərəfdarlarına atəş açıldı: 1 ölü, 20 yaralı

alt

Misirin paytaxtı Qahirədə Məhəmməd Mursi tərəfdarlarına naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ən azı 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə Gize bölgəsindəki Əl Nahda meydanında Mursi tərəfdarlarının oturaq aksiya keçirdiyi zamanbaş verib. Yaralıların Rəbiə Əl Ədəviyə meydanına aparıldığı və orada qurulan tibb məntəqəsidə müalicə edildiyi bildirilir.

Mursi tərəfdarları hücumların polis tərəfindən təşkil olunduğunu iddia edir.