İraqda partlayış: ölənlərin sayı 70-ə çatıb

İraqda törədilmiş ardıscıl partlayışlar nəticəsində 70-dan çox insan ölüb, onlarla yaralananlar var.
Birinci partlayış Bakuba şəhərinin mərkəzi bazarında törədilib, digər partlayış isə Bağdadın ətrafındakı balıq bazarında baş verib. Üçüncü partlayış Tuz Xurmatu şəhərində törədilib.
Bundan sonra bir neçə terrorçu-kamikadze Mosul şəhərindəki nəzarət-buraxılış məntəqəsində özlərini partladıb. Törədilən partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.