Əfqanıstana yeni xüsusi nümayəndə təyin edildi

alt

Avropa Birliyi Əfqanıstana yeni xüsusi nümayəndə təyin edib. 

Bu qərar Brüsseldə keçirilən Nazirlər Şurasında qəbul olunub. Məlumata əsasən, Franz-Mikael Skyold Melbin bu ilin sentyabrın 1-dən öz səlahiyyətlərini icra etməyə başlayacaq. Onun bu vəzifədə əsas məqsədi AB-nin Əfqanıstanla bağlı siyasətinin hədəflərinə çatması istiqamətində səylərini artırmaq olacaq. Danimarkalı diplomat eyni zamanda AB-nin Kabildəki nümayəndə heyətinin başçısı olacaq. Bundan əvvəl o Danimarkanın Əfqanıstan və Pakistanda xüsusi nümayəndə vəzifəsini icra edib.