Şri Lankada fırtına 40 nəfərin həyatına son qoyub

Şri Lanka adasının qərb sahilində tüğyan edən fırtınalar 40 nəfərin ölümünə səbəb olub.
Təbii fəlakət nəticəsində ən azı 30 nəfər xəsarət alıb, 30-dan çoxu isə itkin düşmüş hesab olunur. 
Xilasetmə-axtarış tədbirləri davam etdirilir.
Əməliyyata hərbçilər də cəlb olunub.