ABŞ-da dəhşətli cinayətin üstü açıldı

altABŞ-ın Hyuston şəhərində polislər dəhşətli cinayətlə rastlaşıblar. Burada bir nəfər 8 nəfər təqaüdçünü qul kimi saxlayırmış.

«Rossiya 24»ün məlumatına əsasən, «quldar» 4 kişini qarajda, 4 qadını isə evdə saxlayıb. «Qullar» nə tapdılarsa, onunla qidalanırmışlar. Polislər onları tapanda təqaüdçülər aclıqdan ölmək həddində olublar.

Təqaüdçülərdən biri artıq 10 ildir ki, bu əsarətdə olduğunu bildirib. Cinayətkar onları havayı siqaret və alkoqollu içki adı ilə aldadıb gətiribmiş.

Təqaüdçülərin sosial kartlarını alan cinayətkar onların pullarını da mənimsəyirmiş.

Hazırda zərərçəkmişlər xəstəxanadadırlar. «Quldar» isə həbs edilib.