"Şərq tərəfdaşlığı" üzrə səfir təyin olundu

altİsveç hökuməti Martin Haqstromu "Şərq tərəfdaşlığı" proqramı üzrə səfir təyin edib. 

Onun vəzifəsi Avropa İttifaqı və Şərqi Avropadakı tərəfdaş ölkələrlə "Şərq tərəfdaşlığı"nın fəaliyyətini genişləndirməkdən ibarətdir.

Martin Haqstrom hazırda İsveç XİN-in Şərqi Avropa və Mərkəzi Asiya Departamentində Şərqi Avropa Qrupunun rəhbəri vəzifəsində çalışır.

Haqstrom yeni vəzifəsinin icrasına iyul ayında başlayacaq.

"Şərq tərəfdaşlığı" Aİ ilə postsovet məkanının altı ölkəsinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun siyasi və iqtisadi yaxınlaşmasına yönəlib. Proqram Aİ-yə üzvlüyü nəzərdə tutmur. Buraya viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonasının tətbiqi daxildir.