Avropa Birliyindən Ermənistana çağırış

alt“Avropa Birliyi bundan sonra da Dağlıq Qarabağ münaqişənin həllinə yardım etməyə hazırdır”.

Bunu Ermənistanda səfərdə olan AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bildirib.

Məsələnin həssas olduğunu deyən komissar qeyd edib ki, buna baxmayaraq, nə İrəvanda, nə də Bakıda bu mövzu ilə bağlı susqun qalmaq olmaz. Ş. Füle Ermənistanı Azərbaycanla Madrid prinsipləri əsasında razılığa gəlmək üçün səyləri artırmağa da çağırıb: “Avropa Birliyi isə öz növbəsində münaqişənin həlli və sülhün bərqərar olması üçün fəaliyyətini davam etdirməyə hazırdır”.