Gezi parkı açıldı və ... bağlandı

alt


23 günlük fasilədən sonra bu gün açılan Gezi parkı axşam saatlarından etibarən yenidən bağlanıb. Parka girə bilməyən bəzi şəxslərlə polis arasında toqquşma baş verib. 

Türkiyə mətbuatının məlumatına görə, açılışdan sonra əhaliyə ancaq bir neçə saat parkda gəzməyə imkan verilib. Axşam saatlarında isə parkın yaxınlığına çox sayda polis gətirilib. 

Polis parka gələnləri içəri buraxmadığına görə qarşıdurma yaranıb. Polisin güc tətbiq etdiyi bildirilir. Parkın açılış mərasimindən sonra yenidən xalqın üzün bağlanmasının səbəbi açıqlanmayıb.