Ermənistan Türkiyə və Azərbaycandan torpaq tələb edir

alt

Ermənistanın Baş prokuroru Ağva Ovsepyan Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış edib. "Erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda təşkil edilən konfransda çıxış edən Ağva Ovsepyan bildirib ki, Türkiyə Ermənistana aid kilsələri və “işğal etdiyi əraziləri” tezliklə qaytarmalıdır. 

Ağva Ovsepyan qeyd edib ki, bu gün Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla (Naxçıvan bölgəsi) ərazi problemi var: “Düşünürəm ki, bunu həll etmək üçün hüquqi dəlillərə əsaslanaraq, yeni bir ərizə forması hazırlanmalıdır. Sonra bu forma Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq məhkəmələrə təqdim edilməlidir”.