Gürcüstanda ermənilərin məskunlaşdığı Axalkalaki rayonunda silah-sursat tapılmışdır
 Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ermənilərin yığcam yaşadıqları Samtsxe-Cavaxeti bölgəsinin Axalkalaki rayon mərkəzindəki evlərdən birinin damında xeyli sayda silah-sursat aşkar olunmuşdur.

 Sahibinin adı açıqlanmayan evin damından 5 əl qumbarası, 3 detonator, 1500-dən çox patron və s. aşkar olunmuşdur. 
 Hadisə ilə əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.