“Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyirdim”

alt“Mənim Rusiyanın Azərbaycan və Ermənistanı silahlandırdığı barədə məlumatım yoxdur”

Bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Gürcüstan silahlanmır: “Mənim Rusiyanın bizim dostlarımız olan Azərbaycana və Ermənistana silah satması barədə informasiyam yoxdur. Mən Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyirdim. Çox pisdir ki, onların arasında belə münasibətlər var”.