“Bu məsələ çox siyasiləşdirilib"- İvanişvili

alt“Mən Rusiyadan konkret və dəqiq addımlar gözləmirəm”

Bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili jurnalistlərə bildirib.

“Rusiya ilə münasibətlərin normallaşdırılması üçün digər addımlar atırıq, bu, viza rejiminin sadələşdirilməsi və təyyarə uçuşlarının bərpası ilə bağlıdır. Abxaziya dəmiryolu mütləq bərpa olunmalıdır. Buna müəyyən vaxt lazımdır. Əlbəttə yollar açılmalıdır və açılacaq. Yolların açılması Abxaziya ilə münasibətlərimizi yaxşılaşdıracaq, iqtisadiyyat inkişaf edəcək. Fikirləşirəm ki, bu məsələ çox siyasiləşdirilib. Bu məsələdə ajiotaj yaradılmamalıdır”.