Operator üzərinə gələn tankı belə görüntülədi - VİDEO
Suriyanın paytaxtı Dəməşq şəhərində müxalifət sıralarında olan həvəskar operator üzərinə gələn tankı görüntüləyib.
Suriya ordusuna aid tank evlərin arasında irəliləyib va birdən dayanaraq lüləsini operatora tuşlayaraq atəş açıb.
Üstünə gələn mərmini görüntüləyən operator son anda ölümdən qurtula bilib. Tank mərmisi yarım metr kənarda olan binaya dəyib.
Hadisədə ölən və yaralanan barədə məlumat verilmir.