Moskva metrosunda yanğın

alt

Moskvada metroda yanğın olub.

Olay iyunun 27-də axşam saatlarında «Polejaevskaya» və «Oktyabrskoye pole» baş verib.

Qatalardan birinin maşinisti alovu yanğınsöndürən tozla təkbaşına söndürüb.

Sərnişinlər metrodan çıxarılmayıb, hərəkət 5 dəqiqə dayanıb.

Bu iyunda Moskva metropolitenində ilk hadisə deyil.Cari ayın 19-da «Serpuxovsko-Timiryazevsk» xəttindəki yanğın nəticəsində hərəkət 20 dəqiqə dayanıb. Oxşar olay iyunun 11-də və 5 –də «Sokolniçesk» xəttində «Biblioteka imeni Lenina» və «Oxotnıy ryad» stansiyalarında baş vermiş kabelin yanması ilə baş vermişdi.