“Saakaşvilinin həbs olunması istisna edilmir“- Baş nazir

altGürcüstanın baş naziri Bidzina İvanişvili prezident Mixael Saakaşvilinin həbs olunma ehtimalının böyük olduğu barədə danışıb.

Baş nazir İvanişvili Saakaşvilin həbs olunmasını istəmədiyini deyib. "Düzdür, mən istəmərəm ki, onu saxlasınlar. Ancaq belə variantın olacağı istisna deyil. Əgər bu hal baş versə, çox güman ki, 2013-cü il prezident seçkilərindən sonra olacaq. Qərarları özü verir. Atdığın addımları yaxşı fikirləşmək lazımdır. Məhkəmə var, qanun var, qayda var. Və o qanunların qarşısında hamı eyni məsuliyyəti daşıyır", - deyə nazir bildirib.

Məlumat üçün deyək ki, baş nazir İvanişvili dəfələrlə Saakaşvilinin vəzifədən sui-istifadə etməkdə təqsirli bilərək, onun həbs edilmə ehtimalının yüksək olduğu barədə danışıb.