Yeni öldürücü virus ortaya çıxıb

virusHazırda Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İtaliya və Tunisdə tənəffüs yollarını yoluxduran yeni “MERS” öldürücü virus ortaya çıxıb. Mütəxəssislər “MERS” virusunun bir insana heyvandan - dəvə və ya keçidən keçdiyini bildirir.
Həkimlər günlərlə davam edən yüksək temperatur və öskürək əlamətləri göstərən virusun xəstəxanalara yayılmasının narahatverici olduğunu açıqlayıb.