Mursinin həbs müddəti uzadıldı
Misirin sabiq prezidenti Məhəmməd Mursinin həbsi daha 30 sutka artırılıb. Bu barədə Misir məhkəməsi qərar verib.
Qeyd edək ki, Mursi kütləvi aksiyalarla iyulun 3-də hakimiyyətdən gedib.
Ölkənin baş prokurorluğu isə onun həbs olunması haqqında qərar qəbul edib.
Onun həbsinin müddəti sonuncu dəfə sentyabrın 14-də uzadılıb.