Rusiya Mərkəzi Bankına türk rəhbərlik edəcək

altRusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Rusiya Mərkəzi Bankına sədir təyin olunan başqırt türkü Elvira Nəbiullina iyunun 24-dən etibarən vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə Sergey İqnatevi əvəzləyib. Keçmiş sədr bankda E.Nəbiullinanın müşaviri vəzifəsində qalıb.

Qeyd edək ki, E.Nəbiullina 1963-cü ildə Başqırtıstan paytaxtı Ufada dünyaya gəlib. Onun atası Sahibzadə Səidzadə oğlu sürücüdür, anası Züleyxa isə istehsalatda çalışır.