Türkiyədə suriyalı qaçqınların sayı təqribən yarım milyona çatıb

altTürkiyə ərazisində olan suriyalı qaçqınların sayı təqribən 500 min nəfərə çatıb. 

Məlumata görə, 200 mindən artıq qaçqın rəsmi olaraq Türkiyədə qeydiyyatdan keçdiyi halda, 250 mindən çox adam ölkədə qeydiyyatdan keçməyib.

Proqnozlara əsasən, Suriyada toqquşmaların davam edəcəyi təqdirdə ilin sonunadək Türkiyədə suriyalı qaçqınların sayı 1 milyona çatacaq.