Gürcü nazir: Gürcüstan qrip virusuna qarşı mübarizə ilə bağlı heç bir ölkədən yardım almayıb

alt

Gürcüstan qrip virusuna qarşı mübarizə ilə bağlı heç bir ölkədən yardım almayıb. Hələlik xaricdən yardıma ehtiyac da duyulmur.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko deyib. Nazir bildirib ki, Gürcüstanda qripin A, H1N1, H3N3 və digər növlərinə qarşı mübarizə üçün bütün lazımi dərman vasitələri var. Başqa ölkələrdən hələlik heç bir yardım istənilməyib. Buna hələlik ehtiyac da yoxdur. 

D.Sergeyenko qeyd edib ki, bəzi apteklərə üz maskaları və qripdən digər mühafizə vasitələri paylanılıb, “tamiflyu” preparatları pasientlərə pulsuz verilir. Hökumət xəstəxanalardakı qrip xəstələrinin müalicəsini də öz üzərinə götürüb.

“Xəstəliyin dinamikası zəifləyir və artıq azalma müşahidə olunur”, – deyə Sergeyenko vurğulayıb.