Tbilisidə yaşayış binasında partlayış nəticəsində xəsarət alan azərbaycanlıların vəziyyətindən xəbər var

alt

Tbilisidə ötən gün qaz sızması nəticəsində yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan Məmmədovlar ailəsinin üzvlərinin vəziyyəti sabitdir.

Bunu Yanıq Mərkəzinin direktoru Quqa Kaşibadze bildirib.

O deyib ki, xəsarət alan kişi, onun oğlu və uşağın müalicəsi mərkəzin reanimasiya şöbəsində davam etdirilir: “Onlar bədənin müxtəlif yerlərində yanıq xəsarətləri alıblar. Yaşlı kişinin bədəninin 65%-i, onun oğlunun bədəninin 55%-i, uşağın bədəninin isə 12%-i yanıb”.

Qeyd edək ki, Tbilisinin Zemo Poniçala qəsəbəsində ötən gün səhər saatlarında doqquzmərtəbəli binada təbii qaz sızmasından güclü partlayış baş verib. Nəticədə üç nəfər – 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsi xəsarət alıblar. Hadisə nəticəsində gənc qadın və onun övladı dağıntılar altında qalaraq ölüb.