Ermənistandan Gürcüstana qeyri-qanuni yolla qızıl keçirilməsinin qarşısı alınmışdır

Ermənistandan Gürcüstana qeyri-qanuni yolla qızıl keçirilməsinin qarşısı alınmışdır.
Hadisə Ermənistan-Gürcüstan sərhədinin azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsindəki Sadaxlı nəzarət-keçid məntəqəsində baş vermişdir.
Gürcüstan Maliyyə Nazirliyinin gəlir xidmətinin yaydığı məlumatda deyilir ki, Ermənistandan Gürcüstana keçən Rusiya vətəndaşında (soyadı açıqlanmır) bəyannamədə göstərilməmiş 273,65 qram qızıl məmulatı aşkar olunmuşdur.
Gürcüstan qanunvericiliyinə müvafiq olaraq o, qızılın dəyəri məbləğində, 14 min 841 lari (1 dollar 1,65 lari) cərimə olunmuşdur.