Gürcüstanda yol qəzasında xəsarət alan azərbaycanlıların sayı 11-ə çatıb

"Gürcüstanın Rustavi şəhərində yol qəzasında xəsarət alanların vəziyyətləri orta-ağırdır".

 Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Rustavi Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu David Baçilava bildirib.

Onun sözlərinə görə, xəstəxanaya qəzada xəsarət alan 11 azərbaycanlı yerləşdirilib: "Onların 3-nün vəziyyəti orta ağır olsa da, həyatlarına təhlükə yoxdur. Onlar əməliyyat olunacaqlar. Digərləri isə ilkin tibbi yardım və müayinədən sonra evə buraxılacaq".

D.Baçilava qəzada xəsarət alan Azərbaycan vətəndaşının vəziyyətinin çox ağır olmadığını və onun da əməliyyat olunacağını bildirib.