Güclü dolu Gürcüstanın Qori rayonunda ciddi fəsadlar törətmişdir

Güclü külək və yağışla müşayiət olunan dolu Qori rayonunda 3 kəndin əkin sahəsini məhv etmişdir.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, dolu tərəvəz sahələrinə, meyvə və üzüm bağlarına ciddi ziyan vurmuşdur. Hər üç kənddə elektrik enerjisi verilişi kəsilmiş, 15 evi su basmışdır.
Zərərin miqyasını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradıldığı bildirilir.