Tbilisidə Azərbaycan vətəndaşlarının ölümünə səbəb olmuş sürücü saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyibu gün səhər saatlarında Tbilisidə Azərbaycanın üç vətəndaşının ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzanın törədilməsində günahkar olan marşrut taksisinin sürücüsü saxlanılıb.

Sürücünün alkoqollu içkinin təsiri altında olduğu müəyyən edilib. Qəza zamanı o da xəsarət alıb. Hazırda sürücü polis mühafizəsinin altında xəstəxanada müalicə olunur. Onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

 

Azərbaycanın Gürcüstandakı səfirliyindən qəza nəticəsində ölən şəxslərin Azərbaycan vətəndaşları olduğu təsdiqlənib.

Qeyd edək ki, qəza zamanı iki minik maşını və marşrut taksisi toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.