Salyanda yük avtomobilinin sürücüsü bacısını və onun 4 yaşlı oğlunu vurub, uşaq ölüb

Salyanda yük avtomobilinin sürücüsü ehtiyatsızlıqdan bacısını və 4 yaşlı oğlunu vurub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Boranıkənd kəndində qeydə alınıb. Boranıkənd sakini, 1997-ci il təvəllüdlü Aslanov Əmrulla Nurulla oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə bacısı -1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladı - Əli Sahil oğlu Məmmədovu vurub. Uşaq hadisə yerində ölüb, ana isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerində olan müstəntiqin bildirdiyinə görə,  4 yaşlı Əli Məmmədov həyətdə oynayarkən hərəkətdə olan maşının qabağına çıxıb. Bu zaman uşağı xilas etmək istəyən anası da yük maşınının altında  qalıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.