Gürcüstanda aztəminatlı azərbaycanlı ailələr üçün xeyriyyə aksiyası keçirilib

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Ramazan bayramı münasibətilə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda xeyriyyə aksiyası təşkil edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, AZEBİ-yə üzv olan şirkətlərin adından Marneulidə yaşayan aztəminatlı ailələrə ərzaq sovqatları paylanılıb.

Xeyriyyə aksiyası Marneuli rayonu və onun kəndlərində yaşayan ümumilikdə 100 ailəni əhatə edib.