Yaşlanma əleyhinə yeni yol tapılıb

ABŞ-ın Virciniya Universitetinin alimləri bəyan ediblər ki, hüceyrələrin nüvə membranında qüsurların yaranması qaraciyərdə piylənməyə, şəkər və digər yaş xəstəliklərinin inkişafına şərait yaradır. 

Bununla bağlı "MedicalXpress" saytında yerləşdirilmiş press-relizdə məlumat verilib. 

Hüceyrələrin nüvəsində DNT var, onun daxili membranı isə lamina zülallarından ibarət olan fibrillar şəbəkəsindən ibarətdir. Bu struktur xromosomlar və nüvə RNK maddələri arasında əlaqə yaradır və gen fəaliyyətinin tənzimlənməsində iştirak edir.

Yaş ötdükcə laminaların çatışmazlığı problemi yaranır ki, bu da öz növbəsində daxili membranda qırışlara səbəb olur. Bu, nüvə qişasının DNT ilə bağlanmasına mane olur və arzuolunmaz genlərin canlanmasına səbəb olur. Nəticədə hüceyrələrin düzgün fəaliyyəti pozulur. 

Alimlər hesab edir ki, laminalardakı çatışmazlığı viruslar vasitəsilə həll etməklə nüvə membranlarının büzüşməsinin qarşısını almaq olar.