Qəbirstanlıqda güclü yanğın

Hadisə Xaçmazdakı qəbristanda baş verib



Ötən gün Xaçmazın Qımıl kəndi ərazisindəki qəbristanlıqda güclü yanğın baş verib. Alov 2.5 ha ərazini əhatə edib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Qəbirlər yanğından mühafizə olunub. Yanğın nəticəsində Mövlud Şərifova məxsus bağdakı 40-a yaxın alma ağacı yanıb kül olub.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.