Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə turizm inkişaf etdirilir

Gürcüstanda azərbaycanlıların kompkat yaşadığı Kvemo Kartli bölgəsində turizm sahəsi inkişaf etdirilir.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili "Gürcü Arzusu" Partiyasının Rustavi təşkilatının konfransında deyib. Baş nazir bildirib ki, bölgədə turizmin inkişafı üçün bütün şərtlər mövcuddur və bu istiqamətdə addımlar artıq atılıb: "Bölgədə tarix və mədəni abidələrin təmir-bərpa işləri də aparılır. Bununla yanaşı, 2018-ci ildə Bolnisidə Ədliyyə Evinin inşası planlaşdırılır".


G. Kvirikaşvili qeyd edib ki, hakim partiyanın məqsədi yerlərdə, xüsusən də regionlarda partiya təşkilatlarını möhkəmləndirməkdir: "Gürcü Arzusu"nun qapıları ölkə quruculuğunda iştirak etmək istəyən hər bir kəsə açıqdır".