Güclü külək rayonlarda elektrik naqillərini qırıb, evlərin damını uçurub

Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

APA-nın yerli bürosunun məlumatına görə, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.