Bakıda 39 yaşlı kişi özünü asdı

Bakıda intihar hadisəsi baş verib.


Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun 2-ci Alatava 2 N ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Qayıblı Fərman Böyükağa oğlu yaşadığı evdə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.