Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarına Novruz sovqatı verilib

Azərbaycanın Gürcüstandakı səfirliyi Novruz bayramı münasibətilə ölkədə həbsdə saxlanılan Azərbaycan vətəndaşlarına bayram sovqatı verib.

Səfirlikdən APA-nın Gürcüstan bürosuna verilən məlumata əsasən, bayram sovqatları Gürcüstanın müxtəlif şəhər və bölgələrində yerləşən cəzaçəkmə müəssisələrində həbsdə olan 80-ə yaxın Azərbaycan vətəndaşına göndərilib.

Bayram sovqatlarında Novruz şirniyyatları və bayramla bağlı təbrik açıqcaları yer alıb.

Qeyd edək ki, bu ilin yanvar ayına olan məlumatda Gürcüstanda 75 Azərbaycan vətəndaşının həbs cəzası çəkdiyi bildirilib.